Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-07-2026 , 00:25

56

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dövlət Xidmətinin açıqlaması niyə çoxsaylı suallar yaratdı

Media yazır ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır”​. Daha sonra qeyd edilir ki, “ötən dövrdə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri başa çatdırılıb”.  

Beləliklə, üç abidədə bərpa-konservasiya işləri aparılır, birində isə proses başa çatdırılıb.

Maraqlıdır, Dövlət xidmətinin bu rəqəmləri açıqlamaqda məqsədi nədir? Bununla nə demək istəyir? Etiraf edim ki, dövlət xidmətinin bu statistik rəqəmləri məni çox təəcübləndirdi. Bəlkə də bu rəqəmləri açıqlamasaydılar daha məqsədəuyğun olardı.  Nə isə…

Məlumatda daha sonra qeyd edilir ki, “abidə mülkiyyətçilərinin və ya istifadəçilərinin vəsaiti hesabına hazırlanmış 72 təmir-bərpa layihəsi Dövlət Xidməti tərəfindən təsdiq edilib. Daha 3 abidədə isə bərpa-konservasiya işlərinin icrası üçün layihə-smeta sənədlərinin hazırlanması prosesi davam etdirilir. Hazırda bərpası aparılan abidələr sırasına Xankəndi Dram teatrı, Lənkəran dairəvi qalası və Çıraqqala abidəsidir. Bərpası bitən abidə isə Kiçik Mərdəkan qəsridir.”

Bildiyim qədər Kiçik Mərdəkan qəsrində bərpa işləri xeyli əvvəl başa çatıb. Bununla yanaşı Mərdəkanda Hacı Zeynəlabdin Tağıyevin ev-muzeyi kimi nəzərdə tutulan tarixi abidədə də bərpa işləri illərdir başa çatıb. Ondan nə vaxt xəbər olacaq, maraqlıdır. 

Beləliklə, əlavə olaraq məlumatda diqqətimi çəkən bir neçə məqama bir qədər geniş toxunmaq istərdim.

Birincisi, yuxarıda qeyd edilən məlumatın  birinci cümləsindəki  “ötən dövr” dedikdə əsasən hansı aylar və ya illər nəzərdə tutulub.  Bütün hallarda paylaşılan məlumatda tarix qeyd edilməli idi. Yəni dəyərli oxucu bilməlidir ki, dövlət xidməti konkret olaraq bu müddət ərzində bu işləri görə bilib. Rəqəmlərə inansaq, onda bütün hallarda xidmətin bu fəaliyyətini qənətbəxş hesab etmək olmaz.

İkincisi, Çıraqqala abidəsində illərdir davam edən bərpa-restavrasiya işləri nə vaxt başa çatacaq. Sual olunur, bu tarixi abidə nə vaxt ziyarətçilərin üzünə açılacaq. Niyə bərpa prosesi illərlə davam etməlidir.  Prosesi ləngitməklə, qədim və zəngin tarixə sahib olan bir ərazini ziyarətçilərin üzünə bağlı saxlamaqla, həm də kifayət qədər maliyyə vəsaitini itirmiş oluruq. Əgər yayın "cırhacırın"da “Beşbarmaq tarix, mədəniyyət və təbiət” qoruğunda kı, "Xıdırzində" dağının zirvəsində dörd xarici turisti görmək mənə qismət olursa, demək Cıraqqalanı ziyarət etmək arzusunda olanların sayı daha çox ola bilər, xüsusəndə xaricilərin. Nəzər alaq ki, heç bir infrastrukturu olmayan, yolu belə bərbad vəziyyətdə olan, xəritəsi hələ də təsdiq edilməyən “Beşbarmaq tarix, mədəniyyət və təbiət” qoruğundakı abidəni hər bir  əziyyətə qatlaşıb gələn turist  “Çıraqqalanı” daha ürəklə ziyarət etmiş olacaq. Çünki, xöşbəxtlikdən, bu hissədə infrastruktur qurulub.

Üçüncüsü, abidə mülkiyyətçilərinin və ya istifadəçilərinin vəsaiti hesabına hazırlanmış 72 təmir-bərpa layihəsi Dövlət Xidməti tərəfindən təsdiq edildiyi qeyd edilir. Bəs tarix -mədəniyyət abidəsi kimi dövlət qeydiyyatında olub, mülikiyyətçilər tərəfindən bərpasına imkanı çatmayan abidələrimiz barədə nə düşünürük. Axı göz görə-görə iki yüzillik tarixi olan saysız hesabsız abidələrimiz məhv olur, dağılır, sıradan çıxır. Onlarca belə qeydiyatda olan tarixi-memarlıq abidəsi bu gün son günlərini yaşayır. Bu məsələnin həllinə bir dəfəlik mülkiyyətçinin üstünə atılması da döğru deyil və bu prsoesə dövlət tərəfindən müdaxilə edilməli və maliyyə dəstəyi göstərilməlidir.

Dördüncüsü, sual olunur Nazirlik və onun dövlət xidməti dünya əhəmiyyətli qədim Şabran şəhərində konservasiya işlərinə nə vaxt başlayacaq. Üstəlik, nazirlik rəsmiləri bilirmi ki, cari ilin birinci yarısında regionda  yağan güclü yağışlar səbəbindən həm qədim Şabran şəhərinin qalıqlarına, habelə onlarca digər abidələr ciddi zərər görüb. Ümumiyyətlə, nazirlikdə bir statistika varmı ki, cari ilin birinci yarısında güclü yağış və digər təbiət hadisələri nəticəsində maddi-mədəni irs nümunələrinə nə qədər ziyan dəyib.

Hələlik bu qədər.

(Ardı olacaq…)

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
543

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
551

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
748

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
575

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
784